29 iyun 2026. Bazar ertəsi

UEFA “Vinisius işi” ilə bağlı araşdırmaya başladı


UEFA “Vinisius işi” ilə bağlı araşdırmaya başladı

Çempionlar Liqasının “Benfika” – “Real Madrid” qarşılaşmasından sonra yaranan qalmaqal rəsmi müstəviyə keçib.

90deqiqe.Az xəbər verir ki, UEFA braziliyalı ulduz Vinísius Junior ilə bağlı insident üzrə intizam araşdırmasına start verib.

Məsələ ondadır ki, “Real Madrid”in hücumçusu oyundan sonra “Benfika” futbolçusu Canluca Prestianni tərəfindən irqçi ifadələrə məruz qaldığını iddia edib. UEFA artıq iş üzrə etika və intizam müfəttişi təyin edib və qarşıdakı günlərdə geniş araşdırma aparılacaq.

İlk qarşılaşmada üstün tərəf Madrid klubu olub – 1:0. Cavab matçı isə fevralın 25-də "Santiaqo Bernabeu Stadium" stadionunda baş tutacaq.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu