19 fevral 2026. Cümə axşamı

Mourinyo Vini­sius Juniora qarşı irqçilik ittihamlarına münasibət bildirib


Mourinyo Vini­sius Juniora qarşı irqçilik ittihamlarına münasibət bildirib

"Benfika"nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının pley-off matçında "Real Madrid"in hücumçusu Vinisius Juniora qarşı yönəlmiş irqçi təhqirə cavab verib.

90deqiqe.Az xəbər verir ki, "Amazon Prime" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

"Bu, oyunun çılğın anlarından biridir, möhtəşəm qol idi. Belə istedadlar bunu bacara bilər, amma təəssüf ki, bəzən qolu sadəcə adi şəkildə qeyd etməklə kifayətlənmirlər. Belə qol vuranda onu hörmətlə qeyd etmək lazımdır.

Vini­sius qolu qeyd edərkən ev sahibi azarkeşləri provokasiya etdi? Düşünürəm ki, bəli. Sonra o və Prestiani bir neçə söz mübadilə etdilər, amma mən bu məsələdə neytral qalmaq istəyirəm. Müxtəlif baxışlar eşitdim, amma neytral qalacağam və şərh verməyəcəyəm. Mən Vini­siusa dedim: 'Belə qol vuranda sadəcə qeyd et və oyuna davam et.' O, irqçilik məsələsində mübahisə edəndə mən ona bildirdim ki, bu klubun əsas əfsanəsi Eusebio qaradərili futbolçu olub. 'Benfika' irqçi klub deyil.

Vini­sius və Prestiani mənə tamamilə fərqli iki hekayə danışdılar, amma mən heç bir tərəfi dəstəkləmir, neytrallığımı qoruyuram."

Qeyd edək ki, braziliyalı oyunçu oyunun yeganə qolunu vurub və künc bayrağının yanında qolunu təxribatçı şəkildə qeyd edib və bu da tənqidlərə səbəb olub.







Çempionlar liqası

“Bayer” səfərdə inamlı qələbə qazanıb
  • Çempionlar liqası
  • 02:10 19.02.2026
“Bayer” səfərdə inamlı qələbə qazanıb
"İnter" səfərdə “Budyo-Qlimt”ə uduzdu
  • Çempionlar liqası
  • 01:56 19.02.2026
"İnter" səfərdə “Budyo-Qlimt”ə uduzdu
“Bizi çətin oyun gözləyir”
  • Çempionlar liqası
  • 11:55 18.02.2026
“Bizi çətin oyun gözləyir”