5 aprel 2026. Bazar günü

“Qarabağ” evdə “Nyukasl”a darmadağın oldu


“Qarabağ” evdə “Nyukasl”a darmadağın oldu

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün pley-off mərhələsinin ilk qarşılaşmasında “Qarabağ” öz meydanında “Nyukasl”ı qəbul edib. 

90deqiqe.Az-ın məlumata görə, “Tofiq Bəhramov” adına Respublika stadionunda keçirilən görüşdə İngiltərə təmsilçisi əzmkar oyunla rəqibini 6:1 hesabı ilə məğlub edib.

Matça sürətli start verən qonaqlar, matçın 3-cü dəqiqəsində Antoni Qordonun qolu ilə hesabı açıb. 9-cu dəqiqədə Malik Tşau fərqi iki topa çatdırıb. 32-ci dəqiqədə Antoni Qordon penalti zərbəsini dəqiq yerinə yetirərək özünün ikinci qolunu vurub və dubla imza atıb. Cəmi iki dəqiqə sonra, yəni 34-cü dəqiqədə Qordon üçüncü topu da gətirərək hət-trik edib. Hesabı 45+1-ci dəqiqədə yenə penaltiylə artıran Qordon, görüşdə pokera imza atıb.

İkinci hissədə isə 56-cı dəqiqədə Elvin Cəfərquliyev “Qarabağ”ın hesabında fərqi azaldıb. Amma qonaqların üstünlüyünü saxlaya bilməyiblər; 72-ci dəqiqədə Ceykob Mörfi fərqlənərək “Nyukasl”ın altıncı qolunu vurub.

Cavab oyunu 24 fevralda İngiltərədə, “Sent-Ceyms Park” stadionunda baş tutacaq.

Çempionlar Liqasının ümumi mərhələsinin yekunlarına görə, “Qarabağ” 10 xalla 22-ci sırada qərarlaşıb. “Nyukasl” isə 14 xalla 12-ci pilləni tutub.







Çempionlar liqası

“Barselona” “Real”ı darmadağın etdi
  • Çempionlar liqası
  • 23:59 02.04.2026
“Barselona” “Real”ı darmadağın etdi
“Real Madrid" həmişə favoritdir”
  • Çempionlar liqası
  • 21:57 29.03.2026
“Real Madrid" həmişə favoritdir”
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"