19 fevral 2026. Cümə axşamı

"Atletiko Madrid" səfərdə “Brügge” ilə bacarmadı


"Atletiko Madrid" səfərdə “Brügge” ilə bacarmadı

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün pley-off mərhələsinin ilk oyununda Belçikanın “Brügge” klubu ilə İspaniyanın “Atletiko” (Madrid) komandası üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumata görə, Brügge şəhərində yerləşən "Jan Breydel" stadionunda keçirilən qarşılaşmanı isveçli baş hakim Qlenn Nyberq idarə edib. Gərgin və bolqollu keçən görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçda hesabı qonaqlar açıblar. 8-ci dəqiqədə Xulian Alvares penaltidən dəqiq zərbə ilə Madrid təmsilçisini önə keçirib. İlk hissənin əlavə olunmuş vaxtında – 45+4-cü dəqiqədə Ademola Lookman fərqlənərək hesabı 2:0-a çatdırıb.

İkinci hissədə meydan sahibləri dönüş etməyə nail olublar. 51-ci dəqiqədə Rafael Onyedika fərqi azaldıb. 60-cı dəqiqədə isə Nikolo Tresoldi hesabı bərabərləşdirib.

79-cu dəqiqədə “Brügge”nin müdafiəçisi Joel Ordonez topu öz qapısına göndərərək qonaqları yenidən önə çıxarıb. Lakin oyunun son dəqiqəsində – 90-cı dəqiqədə Kristos Tzolis fərqlənərək komandasına vacib heç-heçə qazandırıb.

Tərəflər arasında cavab qarşılaşması fevralın 24-də keçiriləcək. Oyun Madrid şəhərindəki "Metropolitano" stadionunda baş tutacaq.

Ümumi mərhələnin yekunlarına əsasən, “Brügge” 10 xalla 19-cu pillədə qərarlaşıb. “Atletiko” isə 13 xalla 14-cü yerdə yer alıb.

Qeyd edək ki, cari mövsümün final oyunu "Puşkaş Arena" stadionunda (Budapeşt) keçiriləcək. Həlledici qarşılaşma 30 may 2026-cı il tarixində baş tutacaq.







Çempionlar liqası

“Bayer” səfərdə inamlı qələbə qazanıb
  • Çempionlar liqası
  • 02:10 19.02.2026
“Bayer” səfərdə inamlı qələbə qazanıb
"İnter" səfərdə “Budyo-Qlimt”ə uduzdu
  • Çempionlar liqası
  • 01:56 19.02.2026
"İnter" səfərdə “Budyo-Qlimt”ə uduzdu
“Bizi çətin oyun gözləyir”
  • Çempionlar liqası
  • 11:55 18.02.2026
“Bizi çətin oyun gözləyir”