- Çempionlar liqası
- 02:10 19.02.2026
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün pley-off mərhələsinin ilk oyununda Yunanıstanın “Olimpiakos” klubu ilə Almaniyanın “Bayer” komandası qarşılaşıb.
90deqiqe.Az-ın məlumata görə, matç Pirey şəhərində yerləşən "Karaiskakis" stadionunda keçirilib. Görüşü portuqaliyalı baş hakim Joao Pedro Pinheyro idarə edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun 45-ci dəqiqəsində “Olimpiakos”un hücumçusu Əyyub Əl Kaabinin vurduğu qol VAR müdaxiləsindən sonra ləğv olunub.
Hesab 60-cı dəqiqədə açılıb. “Bayer”in hücumçusu Patrik Şik dəqiq zərbə ilə komandasını önə keçirib. Cəmi üç dəqiqə sonra – 63-cü dəqiqədə Şik dubl edərək yekun hesabı müəyyənləşdirib.
Tərəflər arasında cavab görüşü fevralın 24-də, çərşənbə axşamı Leverkuzen şəhərindəki "BayArena" stadionunda keçiriləcək.
Ümumi mərhələnin nəticələrinə əsasən, “Bayer” 12 xalla 16-cı pillədə qərarlaşıb. “Olimpiakos” isə 11 xalla 18-ci yerdə yer alıb.