19 fevral 2026. Cümə axşamı

“Öz meydanımızda işi başa çatdırmağa çalışacağıq”


“Öz meydanımızda işi başa çatdırmağa çalışacağıq”

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone Çempionlar Liqası pley-offunun Belçika təmsilçisi "Brügge" ilə keçirilən ilk oyunun nəticəsini şərh edib.

90deqiqe.Az-ın məlumata görə, 3:3 hesablı heç-heçə ilə başa çatan görüş barədə argentinalı mütəxəssis bunları deyib:

“2:0, daha sonra 3:2 hesabı ilə önə keçmişdik. Lakin rəqib buraxdığı qollara çox yaxşı reaksiya verdi. Yüksək temp, keyfiyyətli oyun və qollarla zəngin gözəl qarşılaşma alındı. Səfərdən müsbət nəticə ilə qayıdırıq və öz meydanımızda işi başa çatdırmağa ümid edirik”.

Cavab görüşü fevralın 24-də İspaniyada keçiriləcək. Komandalar Madrid şəhərində yerləşən "Metropolitano" stadionunda üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.







Çempionlar liqası

"Mən doğru zamanda doğru yerdə idim"
  • Çempionlar liqası
  • 12:43 19.02.2026
"Mən doğru zamanda doğru yerdə idim"
“Bayer” səfərdə inamlı qələbə qazanıb
  • Çempionlar liqası
  • 02:10 19.02.2026
“Bayer” səfərdə inamlı qələbə qazanıb
"İnter" səfərdə “Budyo-Qlimt”ə uduzdu
  • Çempionlar liqası
  • 01:56 19.02.2026
"İnter" səfərdə “Budyo-Qlimt”ə uduzdu