14 avqust 2026. Cümə

Çempionlar Liqası: “Qarabağ”ın qapısından dörd qol keçirən futbolçu həftənin ən yaxşısı seçildi


Çempionlar Liqası: “Qarabağ”ın qapısından dörd qol keçirən futbolçu həftənin ən yaxşısı seçildi

Cari mövsümün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları çərçivəsində həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

90deqiqe.Az-ın məlumata görə, “Nyukasl” klubunun hücumçusu Antoni Qordon həftənin ən yaxşı oyunçusu seçilib.

İngiltərə millisinin üzvü Azərbaycan təmsilçisi "Qarabağ" ilə qarşılaşmada dörd qol vuraraq komandasının 6:1 hesablı böyük qələbəsində əsas pay sahibi olub.

Səsvermədə A.Qordon PSJ  klubunun vingeri Desire Due, “Budyo-Qlimt” təmsilçisi Kasper Hoh və "Bayer" klubunun hücumçusu Patrik Şiki qabaqlayıb.

Qeyd edək ki, Antoni Qordon cari mövsüm “Nyukasl”ın heyətində bütün turnirlər daxil olmaqla 36 oyunda meydana çıxıb, 14 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu