20 fevral 2026. Cümə

FIFA “Prestiani qanunu”nun tətbiqini müzakirə edir


FIFA “Prestiani qanunu”nun tətbiqini müzakirə edir

FIFA futbolçuların rəqiblərinə ünvanlanan təhqirlər zamanı ağızlarını örtməsinə görə sanksiyaların tətbiqini nəzərdən keçirir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Məlumata görə, məsələ FIFA-nın müvafiq komitəsində müzakirəyə çıxarılacaq. Təşkilatın gündəmində oyunçuların meydanda mümkün etik pozuntuları gizlətmək məqsədilə ağızlarını forma və ya əllə örtməsi hallarına qarşı konkret mexanizmin hazırlanması dayanır.

Mövzu Avropa Çempionlar Liqasının pley-off mərhələsində "Benfika" ilə "Real Madrid" (0:1) arasında keçirilən oyundan sonra aktuallaşıb. Qarşılaşma zamanı Lissabon klubunun cinah hücumçusu Canluca Prestianni ilə Madrid təmsilçisinin hücumçusu Vinísius Junior arasında insident yaşanıb.

Epizod zamanı Prestianinin Vinisiusa müraciət edərkən ağzını forması ilə örtdüyü müşahidə olunub. Matçdan sonra yayılan məlumatlarda futbolçunun braziliyalı oyunçunu irqi zəmində təhqir etdiyi iddia edilib.

FIFA məsələ ilə bağlı mümkün intizam tədbirlərini və normativ dəyişiklikləri nəzərdən keçirir. Qərarın yaxın vaxtlarda açıqlanacağı gözlənilir.







Çempionlar liqası

"Mən doğru zamanda doğru yerdə idim"
  • Çempionlar liqası
  • 12:43 19.02.2026
"Mən doğru zamanda doğru yerdə idim"
“Bayer” səfərdə inamlı qələbə qazanıb
  • Çempionlar liqası
  • 02:10 19.02.2026
“Bayer” səfərdə inamlı qələbə qazanıb
"İnter" səfərdə “Budyo-Qlimt”ə uduzdu
  • Çempionlar liqası
  • 01:56 19.02.2026
"İnter" səfərdə “Budyo-Qlimt”ə uduzdu