7 aprel 2026. Çərşənbə axşamı

“Qarabağ”ın məğlubiyyəti ölkə reytinqinə təsir göstərdi


“Qarabağ”ın məğlubiyyəti ölkə reytinqinə təsir göstərdi

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi zəifləyib.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan klublarının nəticələri ölkə reytinqinə mənfi təsir göstərib. Xüsusilə, “Qarabağ”ın Bakıda İngiltərə təmsilçisi "Nyukasl Yunayted"ə 1:6 hesablı məğlubiyyəti reytinq cədvəlində geriləməyə səbəb olub.

Hazırda Azərbaycan UEFA əmsal cədvəlində 22.937 xalla 27-ci pillədə qərarlaşıb. Ölkəmiz bir pillə geriləyərək mövqeyini zəiflədib. 28-ci sırada yer alan Rusiya isə 22.632 xala malikdir və Azərbaycana yaxın məsafədə qərarlaşıb.

Qeyd edək ki, UEFA reytinq cədvəlinə 112.352 xalla İngiltərə başçılıq edir. Premyer Liqa təmsilçilərinin avrokuboklarda stabil çıxışı bu üstünlüyü qorumağa imkan verir.

Avrokubokların növbəti mərhələlərində əldə olunacaq nəticələr Azərbaycanın mövqeyinin dəyişməsində həlledici rol oynaya bilər.







Çempionlar liqası

“Ev oyunlarının havası möhtəşəmdir”
  • Çempionlar liqası
  • 23:42 06.04.2026
“Ev oyunlarının havası möhtəşəmdir”
“Barselona” “Real”ı darmadağın etdi
  • Çempionlar liqası
  • 23:59 02.04.2026
“Barselona” “Real”ı darmadağın etdi
“Real Madrid" həmişə favoritdir”
  • Çempionlar liqası
  • 21:57 29.03.2026
“Real Madrid" həmişə favoritdir”
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"