- Çempionlar liqası
- 23:36 23.02.2026
"Qarabağ"ın futbolçusu Joni Montiel UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la keçiriləcək cavab görüşü öncəsi keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
90deqiqe.Az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilk oyunun birinci hissəsində istədikləri oyunu göstərə bilmədiklərini etiraf edib:
“Düşünürəm ki, ilk matçın birinci hissəsində bizə yaraşmayan şəkildə oynadıq. İkinci hissədə də ilk hissədəki kimi oynamalıydıq. Cavab oyunu haqqında düşünməliyik. Düşünürəm ki, özümüzü yaxşı tərəfdən göstərə bilərik”.
Montiel Çempionlar Liqasının səviyyəsinin onun üçün gözlənilməz olmadığını bildirib və komandanın məsuliyyətini vurğulayıb:
“Çempionlar Liqasının səviyyəsi məni təəccübləndirmədi. Oyunlar heç vaxt asan keçmir. ‘Qarabağ’dan gözləntilər böyükdür. Etimadı doğrultmaq istəyirik”.
27 yaşlı futbolçu Azərbaycandakı karyerasından məmnunluğunu da dilə gətirib:
“Azərbaycanda olmaqdan çox məmnunam. Komanda üçün ən yaxşısını etməyə çalışırıq. Tələblər də yüksəkdir. Uğurlu olmaq üçün çalışırıq”.
Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” görüşü fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə keçiriləcək. Bakıda baş tutan ilk qarşılaşmada İngiltərə təmsilçisi 6:1 hesablı qələbə qazanıb.