9 mart 2026. Bazar ertəsi

“Sami Mmae idman intizamını pozduğu üçün əvəzedici heyətə göndərilib”


“Sami Mmae idman intizamını pozduğu üçün əvəzedici heyətə göndərilib”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la keçiriləcək cavab matçı öncəsi Bakıdakı mətbuat konfransında heyət barədə açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis mərakeşli müdafiəçi Sami Mmae-nin hazır olmadığını və intizam pozuntusuna görə əvəzedici heyətə göndərildiyini bildirib:

“Hazır olanları heyətə salacağıq. Mmae idman intizamını pozduğu üçün əvəzedici heyətə göndərilib. Bəzən bu addımları atmaq lazımdır. Amma qaydalar çərçivəsində bunu həyata keçirmək lazımdır”.

Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə keçiriləcək. Bakıda baş tutan ilk matçda İngiltərə təmsilçisi 6:1 hesablı qələbə qazanıb.







Çempionlar liqası

Çempionlar Liqasında həftənin oyunçusu bilindi
  • Çempionlar liqası
  • 23:48 26.02.2026
Çempionlar Liqasında həftənin oyunçusu bilindi