24 fevral 2026. Çərşənbə axşamı

"Benfika"nın futbolçusu UEFA və FIFA-ya müraciət edəcək


"Benfika"nın futbolçusu UEFA və FIFA-ya müraciət edəcək

"Benfika"nın yarımmüdafiəçisi Canluka Prestianni Çempionlar Liqasının pley-off matçı zamanı braziliyalıya qarşı irqçiliklə bağlı araşdırma çərçivəsində "Real Madrid"in hücumçuları Kilian Mbappe və Vinisius Juniora qarşı irqçilik iddiası ilə məhkəməyə müraciət etməyi planlaşdırır.

90deqiqe.Az xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb.

Məlumata görə, Lisabon klubunun futbolçusu məsələyə UEFA, FIFA və Portuqaliya məhkəmələrində baxılmasını istəyir.

Qeyd edək ki, əvvəllər UEFA Prestianini müvəqqəti olaraq diskvalifikasiya etmiş və hadisəni araşdırır. Bildirilir ki, Prestiani Vinísiusa qarşı davranış göstərərək üzünü forma ilə örtmüş və bu da hadisənin təhlilini çətinləşdirib.







Çempionlar liqası

“Cavab oyunu haqqında danışmaq asan deyil”
  • Çempionlar liqası
  • 14:07 23.02.2026
“Cavab oyunu haqqında danışmaq asan deyil”