24 fevral 2026. Çərşənbə axşamı

UEFA "Benfika"nın Federiko Valverdeyə qarşı şikayətini rədd etdi


UEFA "Benfika"nın Federiko Valverdeyə qarşı şikayətini rədd etdi

UEFA "Benfika" klubunun "Real Madrid" komandasının yarımmüdafiəçisi Federiko Valverde ilə bağlı şikayətini rədd edib.

90deqiqe.Az xəbər verir ki, qurum futbolçuya qarşı hər hansı intizam sanksiyası tətbiq etməyəcək. Söhbət Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə uğrunda keçirilən ilk pley-off matçında baş verən epizoddan gedir. Həmin qarşılaşmada Portuqaliya təmsilçisi İspaniya klubuna 0:1 hesabı ilə məğlub olub.

Görüşün 82-ci dəqiqəsində Valverde “Benfika”nın müdafiəçisi Samuel Dala zərbə endirib. Nəticədə futbolçu meydançaya yıxılıb və gicgah nahiyəsini tutaraq ağrı hiss etdiyini göstərib. Matçın baş hakimi Fransua Leteksye epizodla bağlı uruqvaylı yarımmüdafiəçini cəzalandırmayıb.

“Benfika” rəhbərliyi hesab edib ki, Valverde sözügedən epizoda görə birbaşa qırmızı vərəqə almalı idi və bununla bağlı UEFA-ya rəsmi müraciət ünvanlayıb. Lakin “Marca” nəşrinin yaydığı məlumata əsasən, Avropa futbol qurumu portuqaliyalıların şikayətini təmin etməyib.

Beləliklə, Valverde bu oyundakı hərəkətinə görə cəzasız qalıb.







Çempionlar liqası

“Cavab oyunu haqqında danışmaq asan deyil”
  • Çempionlar liqası
  • 14:07 23.02.2026
“Cavab oyunu haqqında danışmaq asan deyil”