24 fevral 2026. Çərşənbə axşamı

PSJ-nin iki oyunçusu Çempionlar Liqası matçından əvvəl məşqi buraxıb


PSJ-nin iki oyunçusu Çempionlar Liqası matçından əvvəl məşqi buraxıb

 PSJ komandası Çempionlar Liqasının cavab pley-off oyununda "Monako" ilə üz-üzə gələcək.  

90deqiqe.Az-ın məlumatına görə, Paris təmsilçisinin son məşqində yarımmüdafiəçi Fabian Ruiz və hücumçu Usman Dembele iştirak etməyib.

Qeyd edək ki, qarşılaşma fevralın 25-i, çərşənbə günü Paris stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.İlk oyunda Luis Enrique rəhbərliyindəki PSJ komandası Monako üzərində iradəli qələbə qazanaraq 3:2 hesabı ilə qalib gəlib.







Çempionlar liqası

“Cavab oyunu haqqında danışmaq asan deyil”
  • Çempionlar liqası
  • 14:07 23.02.2026
“Cavab oyunu haqqında danışmaq asan deyil”