24 fevral 2026. Çərşənbə axşamı

“Bu, bizim üçün final xarakterli oyundur”


“Bu, bizim üçün final xarakterli oyundur”

"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa "Benfika"ya qarşı keçiriləcək UEFA Çempionlar Liqasının cavab oyunu barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, ispan mütəxəssis komandasından Lissabondakı matça bənzər oyun gözlədiyini bildirib:

“Real" necə olacaq? Lissabonda gördüyümüz komandaya çox bənzər. Mənim istədiyim və gözlədiyim də budur. ‘Bernabeu’da Çempionlar Liqasının möhtəşəm gecəsi olacaq. Azarkeş dəstəyinin nə qədər önəmli olduğunu bilirik. Qələbə qazanmaq və növbəti mərhələyə yüksəlmək istəyirik”.

Arbeloa qarşılaşmanın əhəmiyyətini də vurğulayıb:

“Ortada çox şey var. Çox vaxt belə oyunlar üçün ‘bu finaldır’ deyirlər. Elə də olacaq. Bütün gücümüz və enerjimiz bu matça yönəlib”.

Qeyd edək ki, ilk görüşdə Madrid klubu səfərdə minimal hesabla – 1:0 qalib gəlib.







Çempionlar liqası

“Vinisus bəzən təxribat yaradır, amma...”
  • Çempionlar liqası
  • 21:02 24.02.2026
“Vinisus bəzən təxribat yaradır, amma...”
“Bu, bizim üçün final xarakterli oyundur”
  • Çempionlar liqası
  • 20:24 24.02.2026
“Bu, bizim üçün final xarakterli oyundur”