- Çempionlar liqası
- 21:02 24.02.2026
"Real Madrid" və Almaniya millisinin sabiq futbolçusu Sami Xedira, “Kral klubu”nun hücumçusu Vinisus Juniorun qol sevincləri barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, braziliyalının davranışlarının bəzən birmənalı qarşılanmadığını bildirib:
“Vinisusun qol sevincləri? Bəzən təxribat xarakterli ola bilər, burada yeni heç nə yoxdur. O, milyonlarla uşaq üçün nümunə olduğunu unutmamalıdır. Vaxtilə Kriştiano Ronaldo və Lionel Messi də belə nümunə idilər. Kriştianoda tez-tez eqosunu nümayiş etdirirdi, amma zamanla bunun təsirini anlayaraq lider rolunu qəbul etdi. Bu, Vinisus üçün növbəti addımdır”.
Xedira eyni zamanda irqçi təhqirlərə münasibət bildirib:
“Heç nə irqçi təhqirlərə haqq qazandıra bilməz. Heç kim dərisinin rənginə və ya mənşəyinə görə təhqir oluna bilməz. Təəssüf ki, bunu yenidən və yenidən demək məcburiyyətində qalırıq”.