25 fevral 2026. Çərşənbə

“Budyo-Qlimt” "İnter"i məğlub edərək Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıb


“Budyo-Qlimt” "İnter"i məğlub edərək Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıb

2025/26 Çempionlar Liqasının pley-off mərhələsinin "İnter" və “Budyo-Qlimt” (Norveç) komandaları arasında keçirilən cavab qarşılaşması başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, "San Siro" stadionunda baş tutan görüşdə Norveç komandası ev sahibinə 2-1 hesabı ilə qalib gəlib. 

58-ci dəqiqədə hesabı qonaqların futbolçusu Jens Petter Hauqe açıb. 72-ci dəqiqədə Haakon Evjen Norveçin üstünlüyünü ikiqat artırıb. Alessandro Bastoni 77-ci dəqiqədə bir qol vurub.  

Norveç komandası Çempionlar Liqasında ümumilikdə doqquz xal qazanaraq 23-cü yerdə qərarlaşıb. İtaliya klubu 15 xal qazanaraq 10-cu yerdədir.  “Budyo-Qlimt” 1/8 finalda ya "Mançester Siti", ya da "Sportinq" ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk oyunda da Norveç təmsilçisi 3-1 hesabı ilə qalib gəlmişdi.

Bu ilki turnirin finalı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək. Yarışın həlledici oyunu 30 may 2026-cı ildə keçiriləcək.







Çempionlar liqası

“Vinisus bəzən təxribat yaradır, amma...”
  • Çempionlar liqası
  • 21:02 24.02.2026
“Vinisus bəzən təxribat yaradır, amma...”
“Bu, bizim üçün final xarakterli oyundur”
  • Çempionlar liqası
  • 20:24 24.02.2026
“Bu, bizim üçün final xarakterli oyundur”