25 fevral 2026. Çərşənbə

"Bayer" evdə "Olimpiakos"u məğlub edə bilməsə də, Çempionlar Liqasının 1/8 finalına yüksəlib


"Bayer" evdə "Olimpiakos"u məğlub edə bilməsə də, Çempionlar Liqasının 1/8 finalına yüksəlib

Çempionlar Liqasının 2025/2026 mövsümünün play-off mərhələsi çərçivəsində "Bayer" (Almaniya) və "Olimpiakos" (Yunanıstan) komandaları üz-üzə gəlib.

 90deqiqe.Az-ın məlumatına görə, "BayArena" stadionunda keçirilən qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, ilk görüşdə Ləverkuzen klubu 2:0 hesabı ilə qalib gəlmişdi. Beləliklə, "aptekçilər" iki oyunun yekunu üzrə 1/8 final mərhələsinə yüksəlib. Orada onlar "Arsenal" və ya "Bavariya"nın qalibi ilə qarşılaşacaqlar.

Çempionlar Liqasının qrup mərhələsinin yekunlarına görə, Yunanıstan təmsilçisi 11 xal toplayaraq 18-ci pillədə qərarlaşıb. "Bayer" isə 12 xalla 16-cı sıranı tutub.

Turnirin final matçı 30 may 2026-cı il tarixində Budapeştdəki "Puşkaş Arena" stadionunda keçiriləcək.







Çempionlar liqası

“Vinisus bəzən təxribat yaradır, amma...”
  • Çempionlar liqası
  • 21:02 24.02.2026
“Vinisus bəzən təxribat yaradır, amma...”
“Bu, bizim üçün final xarakterli oyundur”
  • Çempionlar liqası
  • 20:24 24.02.2026
“Bu, bizim üçün final xarakterli oyundur”