15 aprel 2026. Çərşənbə

“Rəqib qapısına istədiyimiz təzyiqi göstərə bilmədik”


“Rəqib qapısına istədiyimiz təzyiqi göstərə bilmədik”

İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-off mərhələsində öz meydanlarında “Qarabağ”a  qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 90deqiqe.Az xəbər verir ki, mütəxəssis 2:0 hesablı üstünlükdən sonra komandanın tempinin aşağı düşdüyünü etiraf edib:

“Düşünürəm ki, hesab 2:0 olanda bir qədər tempi azaltdıq. Bunu etmək niyyətində deyildik, amma bu, təbii bir reaksiya idi. İkinci hissədə oyun qarşılıqlı hücumlar şəraitində keçdi və bu, bizim üçün həqiqətən məyusedici oldu”.

Baş məşqçi ikinci hissədə artıq enerji sərf etdiklərini və bunun hücum effektivliyinə təsir göstərdiyini bildirib:

“Birincisi, həddindən artıq enerji sərf etdik və bu da rəqib qapısına təzyiq göstərməyimizə mane oldu. Həmin 45 dəqiqədən narazıyıq”.

Qeyd edək ki, qarşılaşma İngiltərə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.







Çempionlar liqası

Simeone Yamal barədə ironik açıqlama verib
  • Çempionlar liqası
  • 23:02 14.04.2026
Simeone Yamal barədə ironik açıqlama verib
Noyer Mbappe və Vinisius barədə danışdı
  • Çempionlar liqası
  • 21:26 14.04.2026
Noyer Mbappe və Vinisius barədə danışdı
"Komandam inanılmaz işlər görür"
  • Çempionlar liqası
  • 21:21 14.04.2026
"Komandam inanılmaz işlər görür"
Arne Slot Salahı yenə ehtiyatda saxlayacaq
  • Çempionlar liqası
  • 21:05 14.04.2026
Arne Slot Salahı yenə ehtiyatda saxlayacaq