25 fevral 2026. Çərşənbə

“Qarabağ”ın futbolçusu Falkaodan sonra bunu bacaran ikinci kolumbiyalı oldu


“Qarabağ”ın futbolçusu Falkaodan sonra bunu bacaran ikinci kolumbiyalı oldu

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" ilə "Qarabağ" arasında keçirilən və 3:2 hesabı ilə başa çatan cavab görüşü bir neçə maraqlı statistik göstərici ilə diqqət çəkib.

 90deqiqe.Az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın futbolçusu Kamilo Duran Çempionlar Liqasının bir mövsümündə 5 qol vuran ikinci kolumbiyalı olub. Bundan əvvəl bu nəticəyə 2016/2017 mövsümündə Radamel Falkao “Monako”nun heyətində nail olmuşdu. Rekord isə 8 qolla Cekson Martinesə məxsusdur.

“Nyukasl” həmçinin pley-off mərhələsində oyunun ilk 6 dəqiqəsində iki qol vuran üçüncü komanda olub. Daha əvvəl bu göstəricini  “Valensiya” (2000, 1/4 final, “Latsio”ya qarşı) və  “Borussiya Dortmund” (2014, 1/8 final, “Zenit”ə qarşı) qeydə almışdı.

Bununla yanaşı, İngiltərə klubu iki oyunun ilk 10 dəqiqəsində ümumilikdə 4 qol vuran ilk komanda kimi turnir tarixinə düşüb. Komanda ilk görüşdə 3 və 8-ci, cavab matçında isə 5 və 6-cı dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, bu nəticə ilə Çempionlar Liqasının 1/8 final mərhələsində iştirak edəcək İngiltərə klublarının sayı 6-ya yüksəlib. Siyahıda  “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem” və “Çelsi” də yer alır. Bu göstərici turnirin sözügedən mərhələsi üçün bir ölkə üzrə rekord sayılır.







Çempionlar liqası

“Vinisus bəzən təxribat yaradır, amma...”
  • Çempionlar liqası
  • 21:02 24.02.2026
“Vinisus bəzən təxribat yaradır, amma...”
“Bu, bizim üçün final xarakterli oyundur”
  • Çempionlar liqası
  • 20:24 24.02.2026
“Bu, bizim üçün final xarakterli oyundur”