- Çempionlar liqası
- 21:11 25.02.2026
UEFA “Benfika”nın yarımmüdafiəçisi Canluka Prestianni ilə bağlı etdiyi apellyasiyanı rədd edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Apellyasiya Orqanı klubun müraciətini təmin etməyib və bununla da UEFA-nın Nəzarət, Etika və İntizam Orqanının 23 fevral 2026-cı il tarixli qərarı qüvvədə saxlanılıb. Qərara əsasən, futbolçunun müvəqqəti diskvalifikasiyası davam edəcək.
Beləliklə, Prestianni UEFA Champions Leaguenin pley-off mərhələsində “Real Madrid”ə qarşı keçiriləcək cavab qarşılaşmasını buraxacaq.
UEFA-nın açıqlamasında bildirilib:
“‘Benfika" futbol klubu tərəfindən təqdim olunmuş apellyasiya şikayəti rədd edilir. Nəticədə 23 fevral 2026-cı il tarixli qərar qüvvədə saxlanılır. Cənab Canluka Prestianni UEFA klub turnirlərində iştirak edə biləcəyi növbəti matçda müvəqqəti olaraq kənarlaşdırılmış hesab olunur”.
Bununla da Lissabon təmsilçisi vacib qarşılaşma öncəsi əsas heyət oyunçularından birinin xidmətindən məhrum olub.