25 fevral 2026. Çərşənbə

"Erkən qol vura bilsək, bu, bizə ..."


"Erkən qol vura bilsək, bu, bizə ..."

"Borussiya Dortmund"un baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Atalanta"ya qarşı keçiriləcək cavab oyunu barədə danışıb.  

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.

"Bizim yaxşı şansımız var. Dortmundda olduğu kimi, öz oyunumuzu oynamalıyıq. Bütün gücümüzü ortaya qoymalı və ilk oyundakı bütün müsbət anları təkrarlamağa çalışmalıyıq. Sadəcə nəticəni saxlamaq istəmirik; 0:0 hesablı heç-heçə bizim üçün seçim deyil. Erkən qol vura bilsək, bu, bizə böyük inam verəcək"

Qeyd edək ki, oyun bu gün keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. İlk oyun Almaniya komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.







Çempionlar liqası

"Erkən qol vura bilsək, bu, bizə ..."
  • Çempionlar liqası
  • 21:11 25.02.2026
"Erkən qol vura bilsək, bu, bizə ..."