- Çempionlar liqası
- 02:43 26.02.2026
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində Fransada prinsipial duel baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, PSJ doğma meydanda "Monako"nu qəbul edib. Görüşün baş hakimi rumıniyalı referi İştvan Kovaç olub.
Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 45-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Maqnes Akliuş açıb. 58-ci dəqiqədə “Monako” azlıqda qalıb – Mamadu Kulibali ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. Say üstünlüyündən istifadə edən PSJ 60-cı dəqiqədə kapitan Markinyosun qolu ilə tarazlığı bərpa edib. Cəmi altı dəqiqə sonra Xviça Kvaratsxeliya Paris təmsilçisini hesabda önə çıxarıb. Lakin qarşılaşmanın 90+2-ci dəqiqəsində Jordan Teze “Monako”nun bərabərlik qolunu vuraraq oyunun yekun nəticəsini müəyyənləşdirib – 2:2.
Xatırladaq ki, ilk görüşdə PSJ səfərdə 3:2 hesablı qələbə qazanmışdı. Beləliklə, iki oyunun nəticəsinə əsasən (5:3) Paris klubu mərhələ adlayaraq UEFA Çempionlar Liqasının 1/8 finalına yüksəlib.
Ümumi mərhələnin yekunlarına əsasən, “Monako” 10 xalla 21-ci pillədə qərarlaşıb. PSJ isə 14 xalla 11-ci yeri tutub.
Qeyd edək ki, turnirin final oyunu 30 may 2026-cı ildə Pușkaș Arenada (Budapeşt, Macarıstan) keçiriləcək.