- Çempionlar liqası
- 23:59 26.02.2026
Portuqaliyanın "Benfika" klubu yarımmüdafiəçi Canluka Prestianninin "Real Madrid" komandasının vingeri Vinisius Juniora qarşı irqçi ifadələr işlətməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu nə komanda yoldaşlarına, nə də klub rəhbərliyinə Vinisiusa qarşı irqçi ifadə işlətdiyini deməyib.
Qeyd olunub ki, Prestianni “Real”la Çempionlar Liqasının pley-off mərhələsində keçirilən ilk oyunda (0:1) baş verən insidentlə bağlı komanda yoldaşlarından üzr istəyib və hadisənin miqyası və nəticələrinə görə təəssüfünü ifadə edib. Futbolçu eyni zamanda irqçi olmadığını bir daha vurğulayıb.