29 iyun 2026. Bazar ertəsi

Çempionlar Liqasında həftənin oyunçusu bilindi


Çempionlar Liqasında həftənin oyunçusu bilindi

"Atletiko Madrid"in hücumçusu Aleksandr Sörlot Çempionlar Liqasının cavab oyunlarında həftənin ən yaxşı oyunçusu seçilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Çərşənbə axşamı ev oyununda “Atletiko” "Club Brügge"ni 4:1 hesabı ilə məğlub edib. Sörlot het-trik etməklə komandasını 1/8 finala çıxarıb.

1/8 finalda “Atletiko” İngiltərənin "Liverpul"və ya "Tottenhem" komandası ilə üz-üzə gələcək. Püşkatma 27 fevralda baş tutacaq.

Hazırda La Liqa cədvəlində “matrasniklər” dördüncü sıradadır.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu