13 aprel 2026. Bazar ertəsi

“Budyo-Qlimt” top-5 liqa xaricində dörd ardıcıl qələbə qazanan ilk komanda olub


“Budyo-Qlimt” top-5 liqa xaricində dörd ardıcıl qələbə qazanan ilk komanda olub

Norveçin “Budyo-Qlimt” klubu Çempionlar Liqasının pley-off mərhələsində İtaliyanın "İnter" komandasını iki oyunun yekun hesabı ilə 5:2 (1:3, 1:2) məğlub edib.

90deqiqe.Az-ın "Opta Sport"a istinadən məlumatına görə, bu nəticə ilə “Budyo-Qlimt” XXI əsrdə aparıcı beş liqa xaricində olan klublar arasında əsas Avropa kubokunda nadir göstərici əldə edib.

“Budyo-Qlimt" İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransadan olan rəqiblərlə Çempionlar Liqasının və ya Avropa Çempionlar Kubokunun tarixi ərzində dörd matç ardıcıl qələbə qazanmış ilk komandadır.

Bu nailiyyətə qədər belə göstəriciyə yalnız 1971/72 mövsümündə Niderlandın "Ayaks" klubu malik olub və həmin mövsümdə Kubokun qalibi olmuşdu.

Xatırladaq ki, “Budyo-Qlimt” əvvəlki turlarda "Mançester Siti"i 3:1, "Atletiko Madrid"i isə 2:1 hesabı ilə məğlub etmişdi.







Çempionlar liqası

Flikin qərarı Levandovskini məyus etdi
  • Çempionlar liqası
  • 22:57 09.04.2026
Flikin qərarı Levandovskini məyus etdi
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi
  • Çempionlar liqası
  • 01:50 09.04.2026
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi