13 aprel 2026. Bazar ertəsi

Azərbaycan UEFA reytinqində mövsümü 27-ci pillədə başa vurdu


Azərbaycan UEFA reytinqində mövsümü 27-ci pillədə başa vurdu

Azərbaycan UEFA reytinqində cari mövsümü 27-ci pillədə başa vuracaq.

90deqiqe.Az-ın məlumatına görə, bu, avrokuboklarda pley-off mərhələsinin oyunlarından sonra rəsmiləşib. 27-ci sıradan aşağıda qərarlaşan ölkələrin turnirlərdə təmsilçiləri qalmadığından Azərbaycanın mövqeyi dəyişməz olaraq qalacaq.

Hazırda Azərbaycan 22.2937 əmsalla 27-cidir. 26-cı pillədə qərarlaşan Sloveniyanın aktivində isə 23.968 əmsal var və mövsümün sonunadək bu fərqin bağlanması mümkün deyil.

Qeyd edək ki, ölkə çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərə təmsilçisi "Nyukasl" ilə üz-üzə gəlib. Ağdam klubu iki oyunun nəticəsinə görə rəqibinə məğlub olub – 1:6 və 2:3 – və bununla da avrokuboklarla vidalaşıb.

Beləliklə, Azərbaycan 2025/26 mövsümü üçün UEFA reytinqində 27-ci yeri rəsmiləşdirib.







Çempionlar liqası

Flikin qərarı Levandovskini məyus etdi
  • Çempionlar liqası
  • 22:57 09.04.2026
Flikin qərarı Levandovskini məyus etdi
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi
  • Çempionlar liqası
  • 01:50 09.04.2026
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi