3 mart 2026. Çərşənbə axşamı

UEFA-dan “Tottenhem”ə cərimə - üç azarkeş ömürlük uzaqlaşdırıldı


UEFA-dan “Tottenhem”ə cərimə   - üç azarkeş ömürlük uzaqlaşdırıldı

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turu çərçivəsində Almaniyada "Ayntraxt Frankfurt"la keçirilən oyun zamanı baş verən insidentə görə “Tottenhem” klubuna sanksiya tətbiq edib.

90deqiqe.Az xəbər verir ki, qitə futbol qurumu London təmsilçisini azarkeşlərin diskriminasiya xarakterli davranışına görə 30 min avro məbləğində cərimələyib. Söhbət yanvarın 28-də Frankfurtda keçirilmiş qarşılaşmadan gedir. Həmin oyunda İngiltərə klubu 2:0 hesabı ilə qalib gəlib. Qolları Kolo Muani (47) və Solanke (77) vurub.

“Tottenhem” rəsmi açıqlamasında UEFA və Almaniya polisi ilə istintaq çərçivəsində tam əməkdaşlıq etdiyini bildirib. Klub nasist salamı ilə bağlı hərəkət edən üç nəfərin müəyyənləşdirildiyini və onlara qarşı müddətsiz diskvalifikasiya tətbiq olunduğunu təsdiqləyib.

London klubu bəyanatında ayrı-seçkiliyin bütün formalarına qarşı olduğunu xüsusi vurğulayıb və qeyd edib ki, azsaylı şəxslərin bu cür davranışı nə klubun, nə də onun azarkeşlərinin dəyərlərini təmsil edir.

 

 







Çempionlar liqası

Çempionlar Liqasında həftənin oyunçusu bilindi
  • Çempionlar liqası
  • 23:48 26.02.2026
Çempionlar Liqasında həftənin oyunçusu bilindi