10 mart 2026. Çərşənbə axşamı

“Tottenhem”lə oyunda favorit deyilik"


“Tottenhem”lə oyunda favorit deyilik"

“Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasında Londonun “Tottenhem” komandası ilə keçiriləcək qarşıdakı oyun barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano çalışdırıcının dediklərini belə çatdırıb.

“Biz “Tottenhem”lə matçda favorit deyilik. Xatırlayırsınızsa, “Tottenhem” ümumi mərhələni dördüncü pillədə başa vurub, biz isə pley-off oyunlarında çıxış etmişik. Ona görə də favorit olmadığımız tam aydındır”

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Atletiko” ilə “Tottenhem” arasında ilk oyun 10 mart, çərşənbə axşamı keçiriləcək. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







Çempionlar liqası

“Tottenhem”lə oyunda favorit deyilik"
  • Çempionlar liqası
  • 23:22 09.03.2026
“Tottenhem”lə oyunda favorit deyilik"
Çempionlar Liqasında həftənin oyunçusu bilindi
  • Çempionlar liqası
  • 23:48 26.02.2026
Çempionlar Liqasında həftənin oyunçusu bilindi