11 mart 2026. Çərşənbə

Salah “Liverpul”da yeni rekorda imza atdı


Salah “Liverpul”da yeni rekorda imza atdı

Hazırda UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən oyunda "Qalatasaray" və "Liverpul" komandaları qarşılaşıb.

90deqiqe.Az-ın "BBC"ə istinadən məlumatına görə, İstanbulda baş tutan matçda “mersisaydlılar”ın heyətində misirli hücumçu Məhəmməd Salah da meydana çıxıb. Bu görüş futbolçu üçün əlamətdar olub.

Belə ki, Salah “Liverpul”un heyətində UEFA Çempionlar Liqası turnirində keçirdiyi oyunların sayına görə klub rekordunu yeniləyib. O, “qırmızılar”ın heyətində bu turnirdə 81-ci oyununa çıxaraq klubun sabiq müdafiəçisi Ceymi Karrageri geridə qoyub. Karrager “Liverpul” forması ilə Çempionlar Liqasında 80 matç keçirib.

Bununla da Məhəmməd Salah “Liverpul” tarixində Çempionlar Liqasında ən çox oyun keçirən futbolçu olub.

Siyahıda üçüncü pillədə isə klubun digər əfsanəvi futbolçusu Stiven Cerrard qərarlaşıb. O, “Liverpul”un heyətində bu turnirdə 73 oyuna çıxıb.







Çempionlar liqası

 "Qalatasaray" Liverpul”u məğlub etdi
  • Çempionlar liqası
  • 00:05 11.03.2026
"Qalatasaray" Liverpul”u məğlub etdi
"Ondan öyrənəcəyim çox şey var"
  • Çempionlar liqası
  • 23:53 10.03.2026
"Ondan öyrənəcəyim çox şey var"
"Real Madrid"i təəccübləndirmək istəyirik"
  • Çempionlar liqası
  • 23:51 10.03.2026
"Real Madrid"i təəccübləndirmək istəyirik"
Salah “Liverpul”da yeni rekorda imza atdı
  • Çempionlar liqası
  • 23:14 10.03.2026
Salah “Liverpul”da yeni rekorda imza atdı
“Tottenhem”lə oyunda favorit deyilik"
  • Çempionlar liqası
  • 23:22 09.03.2026
“Tottenhem”lə oyunda favorit deyilik"