25 aprel 2026. Şənbə

"Qalatasaray" Liverpul”u məğlub etdi


 "Qalatasaray" Liverpul”u məğlub etdi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün 1/8 final mərhələsinin ilk matçı başa çatıb.

90deqiqe.Az xəbər verir ki, "Qalatasaray" və "Liverpul" komandaları qarşılaşmada İstanbuldakı "RAMS Park" stadionunda üz-üzə gəliblər. Oyunun baş hakimi İspaniyadan Xesus Xil Mansano olub. Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın 7-ci dəqiqəsində Qalatasarayın yarımmüdafiəçisi Mario Lemina kornerdən gələn topu qola çevirərək hesabı açıb. 63-cü dəqiqədə Nigeriyalı hücumçu Viktor Osimhen ikinci qolu vurub, lakin ofsayd səbəbindən qol ləğv edilib. 71-ci dəqiqədə isə VAR Liverpulun kornerdən vurduğu qolunu ləğv edib.

Cavab görüşü 18 mart tarixində, Liverpuldakı "Enfild" stadionunda keçiriləcək. 1/4 finalda bu cütün qalibi "PSJ" – "Çelsi" cütünün güclüsü ilə qarşılaşacaq.

 

 







Çempionlar liqası