11 mart 2026. Çərşənbə

“Nyukasl” – “Barselona” oyununda qalib müəyyənləşmədi


“Nyukasl” – “Barselona” oyununda qalib müəyyənləşmədi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün 1/8 final mərhələsində “Nyukasl” (İngiltərə) ilə “Barselona” (İspaniya) arasında keçirilən ilk oyun heç-heçə başa çatıb.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Nyukasl-apon-Tayn şəhərində yerləşən “Sent-Ceyms Park” stadionunda baş tutub. Matçı italiyalı baş hakim Marco Guida idarə edib. Görüş 1:1 hesabı ilə yekunlaşıb.

Oyunda hesab yalnız matçın sonlarına doğru açılıb. 86-cı dəqiqədə “Nyukasl”un hücumçusu Harvey Barnes fərqlənərək meydan sahiblərini önə keçirib. Lakin qonaqlar qısa müddət sonra cavab qolunu vuraraq məğlubiyyətdən xilas olublar.

Komandalar arasında cavab qarşılaşması martın 18-də keçiriləcək. Oyun Barselonada yerləşən "Spotify Camp Nou" stadionunda baş tutacaq.

Qeyd edək ki, “Nyukasl” pley-off mərhələsində Qarabağ FK ilə üz-üzə gəlib və iki oyunun cəmində 9:3 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. “Barselona” isə Çempionlar Liqasının ümumi mərhələsini 16 xalla 5-ci pillədə başa vuraraq pley-off mərhələsinə vəsiqə qazanıb.







Çempionlar liqası

 "Qalatasaray" Liverpul”u məğlub etdi
  • Çempionlar liqası
  • 00:05 11.03.2026
"Qalatasaray" Liverpul”u məğlub etdi
"Ondan öyrənəcəyim çox şey var"
  • Çempionlar liqası
  • 23:53 10.03.2026
"Ondan öyrənəcəyim çox şey var"
"Real Madrid"i təəccübləndirmək istəyirik"
  • Çempionlar liqası
  • 23:51 10.03.2026
"Real Madrid"i təəccübləndirmək istəyirik"
Salah “Liverpul”da yeni rekorda imza atdı
  • Çempionlar liqası
  • 23:14 10.03.2026
Salah “Liverpul”da yeni rekorda imza atdı
“Tottenhem”lə oyunda favorit deyilik"
  • Çempionlar liqası
  • 23:22 09.03.2026
“Tottenhem”lə oyunda favorit deyilik"