11 mart 2026. Çərşənbə

“Bavariya” səfərdə “Atalanta”nı darmadağın etdi


“Bavariya” səfərdə “Atalanta”nı darmadağın etdi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün 1/8 final mərhələsinin ilk oyununda İtaliyanın “Atalanta” klubu Almaniyanın “Bavariya” komandasını qəbul edib.

90deqiqe.Az xəbər verir ki, Berqamo şəhərində yerləşən “Cewiss – Atleti Azzurri d’Italia” stadionunda keçirilən qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb – 6:1.

Hesab 12-ci dəqiqədə açılıb. “Bavariya”nın müdafiəçisi Yozi̇p Stanişiç fərqlənərək komandasını önə çıxarıb. Münhen təmsilçisi 22-ci dəqiqədə üstünlüyünü artırıb – Maykl Olise dəqiq zərbə ilə hesabı 2:0 edib. Cəmi üç dəqiqə sonra, 25-ci dəqiqədə Serj Qnabri “Bavariya”nın üçüncü qolunu vurub.

İkinci hissədə də Almaniya klubu hücumlarını davam etdirib. 52-ci dəqiqədə hücumçu Nikolas Cekson qonaqların dördüncü qoluna imza atıb.

64-cü dəqiqədə Olise özünün ikinci, komandasının isə beşinci qolunu vuraraq dubl edib. Cəmi üç dəqiqə sonra, 67-ci dəqiqədə Camal Musiala fərqlənərək hesabı 6:0-a çatdırıb.

Görüşdə son nöqtəni isə meydan sahibləri qoyub. Oyuna əlavə olunmuş vaxtın 3-cü dəqiqəsində Mario Paşaliç fərqlənərək “Atalanta”nın təsəlli qolunu vurub və qarşılaşmanın yekun hesabını müəyyənləşdirib – 1:6.

Komandalar arasında cavab qarşılaşması martın 18-də Almaniyada keçiriləcək. Oyun Münhendə yerləşən “Arena München” stadionunda baş tutacaq.

Qeyd edək ki, “Atalanta” pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən Dortmund “Borussiya”sını 4:3 hesabı ilə üstələyərək 1/8 finala vəsiqə qazanmışdı. “Bavariya” isə Liqa mərhələsini 21 xalla ikinci pillədə başa vurmuşdu.







Çempionlar liqası

 "Qalatasaray" Liverpul”u məğlub etdi
  • Çempionlar liqası
  • 00:05 11.03.2026
"Qalatasaray" Liverpul”u məğlub etdi
"Ondan öyrənəcəyim çox şey var"
  • Çempionlar liqası
  • 23:53 10.03.2026
"Ondan öyrənəcəyim çox şey var"
"Real Madrid"i təəccübləndirmək istəyirik"
  • Çempionlar liqası
  • 23:51 10.03.2026
"Real Madrid"i təəccübləndirmək istəyirik"
Salah “Liverpul”da yeni rekorda imza atdı
  • Çempionlar liqası
  • 23:14 10.03.2026
Salah “Liverpul”da yeni rekorda imza atdı
“Tottenhem”lə oyunda favorit deyilik"
  • Çempionlar liqası
  • 23:22 09.03.2026
“Tottenhem”lə oyunda favorit deyilik"