11 mart 2026. Çərşənbə

“Liverpul”un mərhələni keçmə ehtimalı 98 faizdir"


“Liverpul”un mərhələni keçmə ehtimalı 98 faizdir"

“Liverpul” klubunun sabiq futbolçusu Ceymi Karrager komandasının Çempionlar Liqasının 1/8 final mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə cavab oyunu barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın "BBC"ə istinadən məlumatına görə, Karrager hesab edir ki, “Liverpul” cavab matçında geri dönüş edərək növbəti mərhələyə yüksəlməyə qadirdir.

“Qalatasaray"ı çox güclü komanda hesab etmirəm. ‘Liverpul’ hər halda onları məğlub edib mərhələni keçməlidir. Bunun baş vermə ehtimalı 98 faizdir, halbuki bir neçə həftə əvvəl bu göstərici 99 faiz idi. Buna baxmayaraq, bu nəticə baş məşqçi və komanda üçün xəbərdarlıq siqnalıdır. Gördüklərimiz bizə ötən ilin sentyabrında ‘Qalatasaray’a qarşı keçirdiyimiz və 0:1 hesabı ilə uduzduğumuz oyunu xatırlatdı. Bu komanda elə bir kollektiv deyil ki, biz onu hazırda Münhen “Bavariya”sı ilə eyni səviyyədə qiymətləndirək"

Qeyd edək ki, komandalar arasında keçirilən ilk görüşdə baş məşqçi Okan Burukun rəhbərlik etdiyi “Qalatasaray” minimal hesablı qələbə qazanıb – 1:0.

Əlavə edək ki, “Liverpul” ilə “Qalatasaray” arasında cavab qarşılaşması martın 18-də keçiriləcək.







Çempionlar liqası

Kalafiori "Bayer"ə qarşı oynaya bilər
  • Çempionlar liqası
  • 14:56 11.03.2026
Kalafiori "Bayer"ə qarşı oynaya bilər
“Atletiko” vacib qələbə qazandı"
  • Çempionlar liqası
  • 14:08 11.03.2026
“Atletiko” vacib qələbə qazandı"
 "Qalatasaray" Liverpul”u məğlub etdi
  • Çempionlar liqası
  • 00:05 11.03.2026
"Qalatasaray" Liverpul”u məğlub etdi
"Ondan öyrənəcəyim çox şey var"
  • Çempionlar liqası
  • 23:53 10.03.2026
"Ondan öyrənəcəyim çox şey var"