- Çempionlar liqası
- 16:39 11.03.2026
"Arsenal"ın müdafiəçisi Rikkardo Kalafiori Çempionlar Liqasında "Bayer"lə oyundan əvvəl "Arsenal"ın qalan heyəti ilə məşq edib.
90deqiqe.Az-ın "Football London"a istinadən məlumatına görə, təcrübəli oyunçu Almaniyaya səfərdən əvvəl "topçular"ın son məşqi zamanı meydanda olub.
İtaliyalı futbolçunun oyunda iştirak edəcəyi gözlənilir.
Kalafiori ötən həftə sonu "Arsenal"ın İngiltərə Kubokunun beşinci turunda "Mansfild Taun"a qarşı oyununun ikinci hissəsində zədə alıb. "Bayer" və "Arsenal" arasında Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunu bu gün Bakı vaxtı ilə saat 21:45-də keçiriləcək.