- Çempionlar liqası
- 17:22 11.03.2026
Əvvəllər “Real Madrid” klubunda atası Karlo Ançelottinin köməkçisi kimi çalışmış Davide Ançelotti braziliyalı futbolçu Vinisius Juniorun oyunundan danışıb.
90deqiqe.Az xəbər verir ki, 36 yaşlı mütəxəssis futbolçunun ünvanına səsləndirilən tənqidlərlə razılaşmadığını bildirib.
“Vinisiusa nə lazımdır? Heç nə. Vini ən yaxşısıdır. O, qollar vurur, rəqibləri keçir, məhsuldar ötürmələr edir. Ona irad bildirmək üçün əsas yoxdur. Bir çoxları onun davranışı barədə danışır, lakin bu, meydandakı uğurlarını kölgədə qoymamalıdır. Vini oyunun gedişatını təkbaşına dəyişə bilir. Buna görə də rəqiblər ‘Real Madrid’lə matçlara hazırlaşarkən planlarını xüsusi olaraq ona uyğun qururlar. Onun nə qədər möhtəşəm futbolçu olduğunu unutmaq olmaz”, – deyə Davide Ançelotti "DAZN" platformasına müsahibəsində bildirib.
Qeyd edək ki, bu gün “Real Madrid” UEFA Çempionlar Liqası çərçivəsində “Mançester Siti” ilə qarşılaşacaq.