- Çempionlar liqası
- 17:22 11.03.2026
Madridin “Atletiko” klubunun futbolçusu Xulian Alvares UEFA Çempionlar Liqasının 1/8 finalının ilk oyununda “Tottenhem” üzərində əldə olunan 5:2 hesablı qələbə barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, uruqvaylı futbolçu bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.
“Rəqibin səhvlərindən maksimum istifadə etməyi bilirdik. Yaxşı üstünlük qazandıq və indi cavab görüşünə 3 qolluq üstünlüklə yollanırıq”
Hücumçu həmçinin ikinci qolunu şərh edib: “Əvvəlcə Oblak möhtəşəm zərbəni dəf etdi, sonra Qrizmann möcüzəvi toxunuş etdi. Müdafiəçi mənə irəliləmək üçün boşluq yaratdı və mən hücumu uğurla tamamladım”.
Alvares matçın ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, əvvəlcə görüşlə bağlı fikirlərini komanda yoldaşı Markos Lyorente, matçın ilk qolunun müəllifi də paylaşmışdı. Cavab matçı 18 mart tarixində Londonda keçiriləcək.