- Çempionlar liqası
- 23:48 11.03.2026
2025/2026 mövsümünün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu "Bayer" (Almaniya) və "Arsenal" (İngiltərə) arasında baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, "BayArena" stadionunda keçirilən matç 1-1 hesabı ilə yekunlaşıb.
"Bayer"in yarımmüdafiəçisi Robert Andriç 46-cı dəqiqədə hesabı açıb. "Topçular"ın hücumçusu Kay Haverts 89-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.
"Arsenal" və "Bayer" arasında cavab oyunu 17 martda Londondakı Emirates Stadionunda keçiriləcək.
Pley-off mərhələsində "əczaçılar" "Olimpiakos"u ümumi hesabda 2-0 hesabı ilə məğlub edib. Çempionlar Liqasının ümumi mərhələsinin sonunda "topçular" 24 xal qazanaraq birinci yeri tutub.