12 mart 2026. Cümə axşamı

“Real” “Mançester Siti”ni darmadağın etdi


“Real” “Mançester Siti”ni darmadağın etdi

2025/26 mövsümündə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu "Real Madrid" (İspaniya) və "Mançester Siti" (İngiltərə) arasında baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, "Santyaqo Bernabeu" stadionunda keçirilən matçda meydan sahibləri 3-0 hesabı ilə qalib gəlib.

Matçın 20-ci dəqiqəsində yarımmüdafiəçi Federico Valverde hesabı açaraq “kral klubu”nu önə keçirib. Qolun ötürməsini qapıçı Tibo Kurtua verib. 27-ci dəqiqədə Valverde özünün ikinci qolunu vuraraq dubla imza atıb.

42-ci dəqiqədə isə uruqvaylı futbolçu het-trik edərək hesabı 3:0-a çatdırıb.

58-ci dəqiqədə “Real Madrid”in hücumçusu Vinisius Junior penalti zərbəsini yerinə yetirsə də, “şəhərlilər”in qapıçısı Canluici Donnarumma bu zərbəni dəf etməyi bacarıb.

Komandalar arasında cavab oyunu martın 17-də Etihad Stadionunda (Mançester) keçiriləcək.

Qeyd edək ki, pley-off mərhələsində “kral klubu” iki oyunun nəticəsinə görə Benficanı 3:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Liqanın ümumi mərhələsinin yekununda isə “Manchester City” 16 xal toplayaraq səkkizinci pilləni tutub.

 







Çempionlar liqası

PSJ "Çelsi"ni darmadağın etdi
  • Çempionlar liqası
  • 02:10 12.03.2026
PSJ "Çelsi"ni darmadağın etdi
"Vinisiusla bağlı heç bir sual ola bilməz"
  • Çempionlar liqası
  • 16:39 11.03.2026
"Vinisiusla bağlı heç bir sual ola bilməz"
Kalafiori "Bayer"ə qarşı oynaya bilər
  • Çempionlar liqası
  • 14:56 11.03.2026
Kalafiori "Bayer"ə qarşı oynaya bilər
“Atletiko” vacib qələbə qazandı"
  • Çempionlar liqası
  • 14:08 11.03.2026
“Atletiko” vacib qələbə qazandı"