- Çempionlar liqası
- 02:10 12.03.2026
2025/2026 mövsümü üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu keçirilib.
90deqiqe.Az xəbər verir ki, "Aspmyra" stadionunda keçirilən qarşılaşmada Norveçin "Budyo Qlimt" klubu ilə Portuqaliyanın "Sportinq" komandası üz-üzə gəlib.
Görüş meydan sahiblərinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Oyunda hesab 32-ci dəqiqədə açılıb. Yarımmüdafiəçi Sondre Brunstad Fet penalti zərbəsini dəqiq yerinə yetirərək Norveç təmsilçisini önə keçirib.
45+1-ci dəqiqədə hücumçu Ole Didrik Blomberq fərqlənərək komandasının üstünlüyünü iki topa çatdırıb.
71-ci dəqiqədə isə forvard Kasper Hogh matçın yekun hesabını müəyyənləşdirib — 3:0.
Komandalar arasında cavab görüşü martın 17-də keçiriləcək. Oyun Portuqaliyada baş tutacaq. İki oyunun qalibi Çempionlar Liqasının 1/4 finalında "Arsenal" – "Bayer" cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatıb.