12 mart 2026. Cümə axşamı

PSJ "Çelsi"ni darmadağın etdi


PSJ "Çelsi"ni darmadağın etdi

PSJ (Fransa) və "Çelsi" (İngiltərə) arasında 2025/2026 mövsümü Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Parisdəki "Park de Princes" stadionunda keçirilən matçda meydan sahibləri  5-2 hesabı ilə qalib gəlib.

Ev sahibi komandanın hücumçusu Bredli Barkola 10-cu dəqiqədə hesabı açıb. "Çelsi"nin müdafiəçisi Malo Qusteau 28-ci dəqiqədə bərabərlik qolunu vurub. Hücumçu Usman Dembele 40-cı dəqiqədə parislilərə hesabı açıb. "Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandez 58-ci dəqiqədə bərabərlik qolunu vurub. Vitinya 74-cü dəqiqədə parislilərin üçüncü qolunu vurub.

86-cı dəqiqədə PSJ-nin cinah oyunçusu Xviça Kvaratsxeliya fərqlənib, 90+4-cü dəqiqədə isə gürcü futbolçu dubla imza ataraq matçın yekun hesabını müəyyənləşdirib — 5:2.

"Çelsi" və PSJ arasında cavab oyunu 17 martda Londondakı "Stemford Bridc"də keçiriləcək.

Pley-off mərhələsində parislilər "Monako"nu ümumi hesabla 5-4 hesabı ilə məğlub ediblər. "Mavilər" Çempionlar Liqasını ümumilikdə 16 xalla başa vuraraq altıncı yeri tutublar. PSJ Çempionlar Liqasının hazırkı çempionudur.







Çempionlar liqası

PSJ "Çelsi"ni darmadağın etdi
  • Çempionlar liqası
  • 02:10 12.03.2026
PSJ "Çelsi"ni darmadağın etdi
"Vinisiusla bağlı heç bir sual ola bilməz"
  • Çempionlar liqası
  • 16:39 11.03.2026
"Vinisiusla bağlı heç bir sual ola bilməz"
Kalafiori "Bayer"ə qarşı oynaya bilər
  • Çempionlar liqası
  • 14:56 11.03.2026
Kalafiori "Bayer"ə qarşı oynaya bilər
“Atletiko” vacib qələbə qazandı"
  • Çempionlar liqası
  • 14:08 11.03.2026
“Atletiko” vacib qələbə qazandı"