- Çempionlar liqası
- 23:20 12.03.2026
“Real” komandasının yarımmüdafiəçisi Federiko Valverde Çempionlar Liqasının həftənin ən yaxşı qolunu vurub.
90deqiqe.Az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, uruqvaylı futbolçu “Mançester Siti”yə qarşı oyunda üç qol vurub və komandasının 3:0 hesablı qələbəsində əsas rol oynayıb. Həftənin ən yaxşı qolu kimi isə Valverdenin üçüncü qolu seçilib. Bu qolda futbolçu topu rəqib müdafiəsinin üzərindən zərif və dəqiq şəkildə keçirərək fərqlənib.
Həftənin ən yaxşı qoluna namizəd olan digər futbolçular arasında PSJ-nin iki oyunçusu Bredli Barkola və Xviça Kvaratsxeliya həmçinin “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandez yer alıb.