16 mart 2026. Bazar ertəsi

"Əgər oyunçular inanmırsa, evdə qalsınlar"


"Əgər oyunçular inanmırsa, evdə qalsınlar"

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasının cavab görüşü ilə bağlı fikirlərini bölüşüb.  

90deqiqe.Az xəbər verir ki, "ESPN" çalışdırıcının dediklərini belə çatdırıb.

“Əgər oyunçular inanmazsa ki, üç qol fərqini aradan qaldırmaq mümkündürsə, bu onların problemidir. Onlar artıq yetkin insanlardır və yüksək maaş alırlar. Əgər Çempionlar Liqasına görə inanmırlarsa, onda evdə qalsınlar. Biz isə əlimizdən gələni etməliyik. Biz nəyi itiririk ki?

“Real” tarixində heç vaxt geri dönüş etməyib? Bilmirəm, 50 Çempionlar Liqası matçında neçə dəfə 3:0 hesabını geri çevirə bilməyiblər. Təbii ki, bu nəticə xoş deyil. Amma biz əlimizdən gələni etməliyik — insanlar, azarkeşlər və işimizə hörmət baxımından, başa düşürsünüz?

Futboldur, hər şey ola bilər. Konsentrasiyamızı saxlamalı və əvvəlcə sadəcə qələbə qazanmağa çalışmalıyıq, sonra nəticəyə baxarıq. Biz yaxşı oyun nümayiş etdirməliyik və azarkeşlərin dəstəyini hiss etməliyik. Ümid edirəm ki, onlar bizə güc verəcək. Biz bunun üçün bütün səylərimizi göstərəcəyik”.

Qeyd edək ki, komandalar arasında ilk görüş "Real Madrid"in 3:0 hesablı qələbəsi ilə başa çatıb.Cavab görüşü 17 mart tarixində "Etihad Stadium" stadionunda keçiriləcək.







Çempionlar liqası

"Real" ilə oyuna xüsusi planımız yoxdur"
  • Çempionlar liqası
  • 20:03 16.03.2026
"Real" ilə oyuna xüsusi planımız yoxdur"
"Əgər oyunçular inanmırsa, evdə qalsınlar"
  • Çempionlar liqası
  • 19:37 16.03.2026
"Əgər oyunçular inanmırsa, evdə qalsınlar"