30 aprel 2026. Cümə axşamı

"Real" ilə oyuna xüsusi planımız yoxdur"


"Real" ilə oyuna xüsusi planımız yoxdur"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/8 final mərhələsinin ikinci oyunu ilə bağlı danışıb.

90deqiqe.Az xəbər verir ki, çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Mənim Real ilə oyuna konkret planım yoxdur, sadəcə əlimizdən gələni etmək lazımdır. Futbolda hər şey ola bilər. Əvvəlcə məqsədimiz qələbə qazanmaqdır. Əgər 10 il işlədikdən sonra oyunçulara inamın nə olduğunu izah etməliyəm, deməli, problem var. Amma mən əminəm ki, cəhd edəcəyik. Bizim əla şansımız var. İkinci oyunda ‘Real’ı təəccübləndirməyə çalışmayacağam. Biz neçə imkan yaradacağımızdan çox narahat olmuruq – evdə bunu edə biləcəyimizə əminəm. Daha vacib olan, müdafiədə nə qədər yaxşı oynayacağımızdır. Tapşırıq ciddi və çətin – ‘Real’a qarşı üçdən çox qol vurmaq asan deyil.”

İlk oyunda "Siti" komandası Madriddə 3-0 hesabı ilə məğlub oldu. "Mançester Siti" və "Real Madrid" oyunları 17 martda Bakı vaxtı ilə saat 00:00-da başlayır.







Çempionlar liqası

Alvares Messini geridə qoydu
  • Çempionlar liqası
  • 01:09 30.04.2026
Alvares Messini geridə qoydu
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
  • Çempionlar liqası
  • 22:24 29.04.2026
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı
  • Çempionlar liqası
  • 15:51 29.04.2026
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı