29 iyun 2026. Bazar ertəsi

“Mbappe hazırdır, Belinqem isə ...”


“Mbappe hazırdır, Belinqem isə ...”

Madrid “Real”ının baş məşqçisi Alvaro Arbeloa komandanın yarımmüdafiəçisi Cud Belinqem və hücumçusu Kilian Mbappenin vəziyyəti barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

 “Belinqem özü komanda ilə birlikdə olmaq istədi, lakin sabah meydanda olmayacaq. Onun qayıdışa getdikcə daha çox yaxınlaşdığını görmək sevindiricidir. O, komandanın liderlərindən biridir və bizimlə birlikdə olması vacibdir.

Mbappe isə artıq hazırdır. Sabah bunu özünüz görəcəksiniz. Mbappe ilə taktiki düzülüş dəyişməz qala bilərmi? Kilian Brahim Dias kimi futbolçularla müqayisədə komandamıza fərqli keyfiyyətlər qatır, lakin onlarla yaxşı qarşılıqlı əlaqə qurmağı bacarır. O, boş zonaları tapmağı bacaran çox ağıllı oyunçudur”,

Qeyd edək ki,hər iki futbolçu Çempionlar Liqasının “Mançester Siti”yə qarşı keçiriləcək oyunu üçün komandanın iştirak ərizəsinə daxil edilib.

Komandalar arasında keçirilən ilk görüşdə Mbappesiz oynayan Madrid “Real”ı “Mançester Siti” üzərində 3:0 hesablı qələbə qazanıb.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu