- Çempionlar liqası
- 02:10 18.03.2026
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün 1/8 final mərhələsinin cavab oyununda Portuqaliyanın “Sportinq” klubu Norveç təmsilçisi “Budyo Qlimt”i qəbul edib.
90deqiqe.Az xəbər verir ki, Lissabondakı “Joze Alvalade” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunu isveçrəli hakim Sandro Şerer idarə edib.
Hesabı 34-cü dəqiqədə Qonsalu İnasiu açıb. 61-ci dəqiqədə Pedru Qonsalves fərqi artırıb. 79-cu dəqiqədə Luis Suares penalti zərbəsini dəqiq yerinə yetirib. Ümumi hesabın bərabərləşməsindən sonra oyun əlavə vaxta gedib. 92-ci dəqiqədə Maksimiliano Arauxo dördüncü qolu vurub. Görüşdə son nöqtəni isə 120+1-ci dəqiqədə Rafael Nel qoyub.
Qeyd edək ki, ilk oyunda “Budyo Qlimt” rəqibini 3:0 hesabı ilə məğlub etmişdi.
Əlavə edək ki, Norveç təmsilçisi daha əvvəl pley-off mərhələsində iki oyunun cəminə görə “İnter”i 5:2 hesabı ilə üstələmişdi. “Sportinq” isə ümumi mərhələni 16 xalla yeddinci pillədə tamamlamışdı.
Xatırladaq ki, Çempionlar Liqasının cari mövsümünün final oyunu Budapeştdə yerləşən “Puşkaş Arena”da keçiriləcək. Həlledici qarşılaşma 30 may 2026-cı il tarixinə təyin olunub.