2 may 2026. Şənbə

PSJ “Çelsi”ni darmadağın edərək 1/4 finala yüksəldi


PSJ “Çelsi”ni darmadağın edərək 1/4 finala yüksəldi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün 1/8 final mərhələsinin cavab oyununda İngiltərənin “Çelsi” klubu Fransanın PSJ komandasını qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, Londonun “Stemford Bric” stadionunda keçirilən qarşılaşmanı sloveniyalı hakim Slavko Vinçiç idarə edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun ümumi nəticəsinə görə (8:2) Paris təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.

Matçın əvvəlində Xviça Kvaratsxeliya hesabı açıb. 15-ci dəqiqədə Bredli Barkola fərqi artırıb. 62-ci dəqiqədə isə Senni Mayulu yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, ilk qarşılaşmada da PSJ rəqibini 5:2 hesabı ilə məğlub etmişdi.

Əlavə edək ki, Paris klubu pley-off mərhələsində iki oyunun cəminə görə “Monako”nu 5:4 hesabı ilə üstələyib. “Çelsi” isə ümumi mərhələni 16 xalla altıncı pillədə tamamlamışdı.







Çempionlar liqası

Alvares Messini geridə qoydu
  • Çempionlar liqası
  • 01:09 30.04.2026
Alvares Messini geridə qoydu
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
  • Çempionlar liqası
  • 22:24 29.04.2026
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı
  • Çempionlar liqası
  • 15:51 29.04.2026
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı