15 aprel 2026. Çərşənbə

“Arsenal” “Bayer”ə qalib gələrək 1/4 finala yüksəldi


“Arsenal” “Bayer”ə qalib gələrək 1/4 finala yüksəldi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün 1/8 final mərhələsinin cavab oyununda İngiltərənin “Arsenal” klubu Almaniyanın “Bayer” komandası ilə üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Londonun “Emireyts” stadionunda keçirilən qarşılaşmanı niderlandlı hakim Danni Makkeli idarə edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

36-cı dəqiqədə “Arsenal”ın vingeri Ebereçi Eze cərimə meydançası xaricindən vurduğu zərbə ilə hesabı açıb. 63-cü dəqiqədə yarımmüdafiəçi Deklan Rays komandasının üstünlüyünü daha da artırıb.

Qeyd edək ki, ilk oyunda tərəflər 1:1 hesablı heç-heçə etmişdilər. Bu nəticə ilə “Arsenal” iki oyunun cəminə görə növbəti mərhələyə vəsiqə qazanıb.

Beləliklə, London təmsilçisi 1/4 finalda Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşacaq. “Bayer” isə turnirlə vidalaşıb.







Çempionlar liqası

Simeone Yamal barədə ironik açıqlama verib
  • Çempionlar liqası
  • 23:02 14.04.2026
Simeone Yamal barədə ironik açıqlama verib
Noyer Mbappe və Vinisius barədə danışdı
  • Çempionlar liqası
  • 21:26 14.04.2026
Noyer Mbappe və Vinisius barədə danışdı
"Komandam inanılmaz işlər görür"
  • Çempionlar liqası
  • 21:21 14.04.2026
"Komandam inanılmaz işlər görür"
Arne Slot Salahı yenə ehtiyatda saxlayacaq
  • Çempionlar liqası
  • 21:05 14.04.2026
Arne Slot Salahı yenə ehtiyatda saxlayacaq