2 may 2026. Şənbə

“Real” səfərdə “Mançester Siti”ni məğlub edərək mərhələ adladı


“Real” səfərdə “Mançester Siti”ni məğlub edərək mərhələ adladı

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün 1/8 final mərhələsinin cavab oyununda İngiltərənin “Mançester Siti” klubu İspaniyanın “Real” komandasını qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Etihad” stadionunda keçirilən qarşılaşmanı fransalı hakim Kleman Türpen idarə edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

21-ci dəqiqədə meydan sahiblərinin kapitanı Bernardo Silva cərimə meydançasında əllə oynadığı üçün qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. 22-ci dəqiqədə Vinisius Junior penaltini dəqiq yerinə yetirərək hesabı açıb. 42-ci dəqiqədə Erlinq Holand bərabərlik qolunu vurub. Lakin 90+3-cü dəqiqədə Vinisius yenidən fərqlənərək “Real”a qələbə qazandırıb.

Qeyd edək ki, ilk oyunda Madrid təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub etmişdi. Beləliklə, iki oyunun nəticəsinə görə “Real” növbəti mərhələyə yüksəlib.

Əlavə edək ki, Madrid klubu daha əvvəl pley-off mərhələsində “Benfika”nı iki oyunun cəminə görə 3:1 hesabı ilə üstələyib. “Mançester Siti” isə ümumi mərhələni 16 xalla səkkizinci pillədə tamamlamışdı.

Xatırladaq ki, Çempionlar Liqasının cari mövsümünün final oyunu Budapeştdə yerləşən “Puşkaş Arena”da keçiriləcək. Həlledici qarşılaşma 30 may 2026-cı il tarixində baş tutacaq.







Çempionlar liqası

Alvares Messini geridə qoydu
  • Çempionlar liqası
  • 01:09 30.04.2026
Alvares Messini geridə qoydu
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
  • Çempionlar liqası
  • 22:24 29.04.2026
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı
  • Çempionlar liqası
  • 15:51 29.04.2026
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı