24 iyun 2026. Çərşənbə

Kilian Mbappe geri döndü


Kilian Mbappe geri döndü

Madrid “Real”ının hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti”yə qarşı oyunda meydana çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu qarşılaşmanın 69-cu dəqiqəsində əvəzetmə ilə oyuna daxil olub və Brahim Diası əvəzləyib. Bu, 27 yaşlı forvardın təxminən bir aylıq fasilədən sonra ilk oyunu olub. O, diz zədəsi səbəbindən əvvəlki beş matçı, o cümlədən “şəhərlilər”lə ilk qarşılaşmanı buraxmışdı.

Mbappe meydana daxil olan anda hesab 1:1 olub. İki oyunun ümumi nəticəsinə görə isə Madrid təmsilçisi 4:1 hesabı ilə üstün vəziyyətdə idi.

Qeyd edək ki, “kral klubu”nun hücum xəttinin lideri cari mövsüm Çempionlar Liqasında vurduğu 13 qolla bombardirlər siyahısına başçılıq edir.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu